QARA QƏPİYƏ GÜLLƏ ATMAQ
QARA-QORXU GƏLMƏK
OBASTAN VİKİ
Qara qızıl
Neft (əski akkad dilində "napatum", yəni iylənən, alovlanan deməkdir) — əsasən karbohidrogenlərin və digər üzvi birləşmələrin mürrəkkəb qarışığından ibarət spesifik iyi olan yanar maye. Karbohidrogenlərin qarışıqda çəki payı böyük intervalda dəyişir. Yüngül (xüsusi çəkisi aşağı və sıxlığı kiçik) neftlərdə 97%, ağır neftlər və bitumlarda isə bu rəqəm 50%-ə qədər azala bilər. Neftin tərkibindəki karbohidrogenlər başlıca olaraq alkanlar, tsikloalkanlar və müxtəlif aromatik karbohidrogenlərlə təmsil olunur. Bundan əlavə neftin tərkibində azot, oksigen, kükürdlü birləşmələr və çox cüzi miqdarda dəmir, nikel, mis və vanadium metallarına da rast gəlinir. O, Yer kürəsində ən mühüm təbii enerji ehtiyatlarından sayılır. Neft elektrik enerjisinin əldə edilməsi və nəqliyyat vasitələrində yanacaq kimi istifadə edilir. Bundan əlavə neft kimya sənayesində süni materialların və başqa məhsulların alınmasında istifadə edilir. Buna görə də, o həm də "Qara qızıl" adlanır. Neft-qaz sıralı karbohidrogen yataqlarına yerin min, 2 min metrdən 5–6 min metrə qədər dərinliklərində rast gəlinir.
Qara qızıl (film)
Qara qızıl (ing. Black Gold və yaxud Şahin günü ing. Day of the Falcon) — Fransa, İtaliya və Qətərin birgə istehsalı və Jan-Jak Annonun rejissoru olan macəra filmi. Film Hans Ruşun 1957-ci ildə nəşr olunan "La soif noire" (Qara susuzluq) romanı əsasında ekranlaşdırılıb. Filmdə baş rollarda Tahar Rahim, Mark Stronq, Antonio Banderas və Frida Pinto oynayıblar. 2011-ci il oktyabrın 25-də filmin Doha Treybeyk Film Festivalında premyerası olmuşdur. Film sərt tənqidlərə məruz qaldı və prokatda tamamilə uğursuzluğa düçar oldu. İyirmi yeddi tənqidi rəyə əsaslanan filmin reytinqi Rotten Tomatoes reytinq saytında 11 % təşkil etdi. Bu da ortalama 10-dan 3,9 olmaqla Jan-Jak Annonun işləri arasında ən bərbadıdır. Bir sıra buraxılışlarda filmin adı "Day of the Falcon" - "Şahin günü" olaraq verilib.
Qara qızıl diyarı
Qara qızıl diyarı - Belçikalı Hergénin komiksi Tintinin macəralarının 15-ci hissəsidir.
Qara qızıl (film, 2011)
Qara qızıl (ing. Black Gold və yaxud Şahin günü ing. Day of the Falcon) — Fransa, İtaliya və Qətərin birgə istehsalı və Jan-Jak Annonun rejissoru olan macəra filmi. Film Hans Ruşun 1957-ci ildə nəşr olunan "La soif noire" (Qara susuzluq) romanı əsasında ekranlaşdırılıb. Filmdə baş rollarda Tahar Rahim, Mark Stronq, Antonio Banderas və Frida Pinto oynayıblar. 2011-ci il oktyabrın 25-də filmin Doha Treybeyk Film Festivalında premyerası olmuşdur. Film sərt tənqidlərə məruz qaldı və prokatda tamamilə uğursuzluğa düçar oldu. İyirmi yeddi tənqidi rəyə əsaslanan filmin reytinqi Rotten Tomatoes reytinq saytında 11 % təşkil etdi. Bu da ortalama 10-dan 3,9 olmaqla Jan-Jak Annonun işləri arasında ən bərbadıdır. Bir sıra buraxılışlarda filmin adı "Day of the Falcon" - "Şahin günü" olaraq verilib.
Şahzadə-Qara Qızıl (1974)
== Məzmun == Film-nağıl poetik formada insanın yerin altından, dənizin dibindən qara qızıl çıxarmasından söhbət açır. Bu rəsm filmində eyni zamanda öz zəkasının qüdrəti ilə insanın neftdən xalq təsərrüfatına lazım olan çoxlu müxtəlif məhsul və əşyalar alması haqqında danışılır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi : Alla Axundova Rejissor : Nazim Məmmədov, Bəhmən Əliyev Quruluşçu rəssam : Nazim Məmmədov, Bəhmən Əliyev Operator : Aleksandr Milov Bəstəkar : Oqtay Rəcəbov Səs operatoru : Kamal Seyidov Multiplikasiya Rəssamı : Tamilla Əsgərova, F. Eldinov, Valentin Kuşneryov Rejissor assistenti : Hafiz Əkbərov Rəssam assistenti : Elçin Axundov Operator assistenti : Antonina Korotnitskaya Montaj edən : Esmira İsmayılova Redaktor : Ədhəm Qulubəyov Mahnı İfa edən : Flora Kərimova, C. Əliyev Filmin direktoru : A. Məhərrəmov === Filmi səsləndirənlər === Amaliya Pənahova Kamil Qubuşov Almaz Əsgərova == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 258-263.
Şahzadə-qara qızıl (film, 1974)
== Məzmun == Film-nağıl poetik formada insanın yerin altından, dənizin dibindən qara qızıl çıxarmasından söhbət açır. Bu rəsm filmində eyni zamanda öz zəkasının qüdrəti ilə insanın neftdən xalq təsərrüfatına lazım olan çoxlu müxtəlif məhsul və əşyalar alması haqqında danışılır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi : Alla Axundova Rejissor : Nazim Məmmədov, Bəhmən Əliyev Quruluşçu rəssam : Nazim Məmmədov, Bəhmən Əliyev Operator : Aleksandr Milov Bəstəkar : Oqtay Rəcəbov Səs operatoru : Kamal Seyidov Multiplikasiya Rəssamı : Tamilla Əsgərova, F. Eldinov, Valentin Kuşneryov Rejissor assistenti : Hafiz Əkbərov Rəssam assistenti : Elçin Axundov Operator assistenti : Antonina Korotnitskaya Montaj edən : Esmira İsmayılova Redaktor : Ədhəm Qulubəyov Mahnı İfa edən : Flora Kərimova, C. Əliyev Filmin direktoru : A. Məhərrəmov === Filmi səsləndirənlər === Amaliya Pənahova Kamil Qubuşov Almaz Əsgərova == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 258-263.
Qızıl
Qızıl (Au) — təbiətdə saf şəkildə rast gəlinən əlvan metal. Kimyəvi elementlərdən biridir. Kimyəvi elementlərin dövri cədvəlində 79-cu elementdir. Təmiz halda qızılın rəngi samanı-sarıdır və metallik parıltıya malikdir, qarışıqlıqların tərkibindən asılı olaraq müxtəlif rəng alır. Qızılda gümüşün yüksək miqdarı olduqda onun rəngi açıq-sarı, mis olduqda yaşımtıl sarı olur. Palladiumun qarışığı qızılı ağ rəngə boyayır. Məhz buna görə də qızılın tərkibində palladiumun miqdarı 25% olduqda ona "ağ qızıl" deyilir. Qızıl parlaq sarı rəngi və parıldaması ilə diqqəti cəlb edən çox ağır metaldır. Üstəlik, asanlıqla reaksiya verməyən çox stabil bir element olduğu üçün hava və sudan təsirlənmir. Buna görə də heç vaxt paslanmır, ləkələnmir və matlaşmır.
Qara
Qara – rənglərdən biri. Ən tünd rəng olub işığın səthdən əks olunmaması yəni bütün işığın absorbsiyası nəticəsində yaranır. Soyuq, qəmli rəng hesab olunur və ağ rəngin, aydınlığın, işıq rəmzinin əksidir. Bir çox xalqlarda matəmi tərənnüm edir. Bu rəng geyimlərə ciddilik, rəsmilik verir. == Ümumi məlumat == Ağ rəngin əksi, müxalifi olan qara rəngin cəmiyyətdə, məişətdə daşıdığı məna, qoşulduğu sözlər bütün rənglərdəkindən çoxdur. Arxada qara rəngin kainatın quruluş modelində Yerin alt qatını bildirdiyini demişdik. Bu elə indinin özündə də belə düşünülür və həmin təsəvvür dilimizdə işlənən ifadələrdə də özünü qorumaqdadır: "Qara yerə girəsən", "Başını qara yer oğurlasın", "Qara yer otağın olsun", "Qaranlıq dünyanın qara küncündə qaralasan", "Qara qəbir evin olsun", "Qara qəbrin dar qazılsın", "Qara yerdə çürüyəsən". Sayını istənilən qədər artıra biləcəyimiz bu nümunələrdə qara rəngin yeraltı dünyanı – qaranlığı bildirməsi şəksizdir. Bundan savayı, bilavasitə mənəviyyatla bağlı "qaraüz"; tale təyinli "qara-bəxt", "qaragünlü", "qaraduvaq", "qaranişan"; xasiyyət əlamətli "qaradinməz", "qaraqabaq", "qaraniyyət", "qarayaxa", "qaragüruh"; cəmiyyətin aşağı təbəqəsinə aid edilən "qara camaat", "qara kütlə" və s.
Qızıl Aypara,Qızıl üçbucaq
Qızıl Aypara (fars. هلال طلایی‎) — Qızıl Aypara Mərkəzi, Cənubi və Qərbi Asiyanın kəsişməsində yerləşən Asiyanın qeyri-qanuni tiryək istehsalının (digəri ilə Qızıl Üçbucaq) birinə verilən addır. Bu məkan üç xalqı, Əfqanıstanı, İranı və Pakistanı, dağlıq ətrafları ayparanı təyin edən ölkələri üstələyir. Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıq İdarəsi (BMTNC), son 10 ildə heroin istehsalının qiymətləndirmələri, əsas qaynaq sahələrində əhəmiyyətli dəyişikliklər göstərir. 1991-ci ildə Əfqanıstan, dünyada tiryək istehsalında lider olan Myanmarı üstələyərək 1.782 metrik ton (ABŞ Dövlət Departamentinin hesablamalarına görə) gəlir gətirən əsas tiryək istehsalçısıdır. Myanmadan heroin istehsalının azalması bir neçə ildir əlverişsiz böyüməkdə olan şəraitin və yeni hökumətin zorla aradan qaldırılması siyasətinin nəticəsidir. Eyni vaxt çərçivəsində Əfqanıstanda eroin istehsalı artdı və 2001-ci ildə iddia edilən Talibanın heroin istehsalına qarşı fətvası nəticəsində nəzərəçarpacaq dərəcədə azaldı. İndi Əfqanıstan dünyada qeyri-dərman tərkibli tiryəkin 90% -dən çoxunu istehsal edir. Narkotiklərlə yanaşı, Əfqanıstan həmçinin dünyanın ən böyük həşiş istehsalçısıdır. == Haqqında == Cənubi Asiyanın Qızıl Aypara qrupuna Əfqanıstan, İran və Pakistan daxildir.
"Qızıl qələm"
"Qızıl qələm" mükafatı — Azərbaycan SSR-də ədəbiyyat mükafatı. Mükafat 1970-ci ildən 1991-ci ilə qədər Azərbaycan Jurnalistlər İttifaqı tərəfindən ən yaxşı, fəal, peşəkar jurnalistlərə təqdim olunmuşdur. == Hazırkı dövrdə == 2000-ci illərdə eyni adlı mükafat Kütləvi İnformasiya Vasitələrinin Həmkarlar İttifaqı (KİVHİ) adlı qurum tərəfindən təqdim edilir. Həmin dövrdə mükafat pulla satıldığına görə Azərbaycan mətbuatı və siyasi-ictimai xadimlər tərəfindən ciddi tənqid olunub. Əvvəlki mükafatdan tamamilə fərqlidir. Yalnız ad oxşarlığı var.
Ağ qızıl
Ağqızıl və ya Platin (Pt') – kimyəvi element. Elementlərin dövri sisteminin VIII qrupundadır, atom nömrəsi 78, atom kütləsi 195,09-dur. Təbii platin 190Pt (0,0127%), 192Pt (0,78%), 194Pt (32,9%), 195Pt (33,8%), 196Pt (25,2%) və 198Pt (7,23%) izotoplarının qarışığından ibarətdir. Platin insana hələ qədimdən (Misir, Həbəşistan və s.) məlum idi. Külçə platin nümunələri 18 əsrin ortalarında Avropaya gətirilmiş, saf platin metalı isə ancaq 19 əsrin birinci yarısında alınmışdır. Platin çox nadir elementdir. Yer qabığında miqdarı 10−6%-dir. Təbiətdə, əsasən, dəmir, palladium, iridium, rodium, mis və ya nikellə birlikdə tapılır, onlarda platinin miqdarı 65-dən 94%-ə qədərdir. Ən çox yayılmış mineralları poliksen, ferroplatin və palladiumlu platindir. Platin, gümüşü ağ rəngli, çox ağır, dəyərli bir metaldır.
Qızıl-Tayqa
Qızıl-Tayqa — Tuvada müqəddəs dağ. Qərbi Sayanın ən yüksək dağ zirvəsi. Hündürlüyü 3121 m təşkil edir. Dağın adı tuvaca Qızıl - “qırmızı” və tayqa - “meşə ilə örtülmüş dağ” mənasını verir. Qızıl-Tayqa dağı Baş silsilədən cənubda, Ak-Suq çayının başlanğıxında yerləşir. Dağ metamorflaşmış qum daşlarından, çınqıl daşlarından və konqlomeratlardan ibarətdir ibarətdir. Qızıl-Tayqanın yamacındakı bitki örtüyünə aşağıdakılar daxildir: Sibir qara şamı və Yalançı boz lalə.
Qızıl (2004)
Qızıl (dəqiqləşdirmə)
Qızıl — təbiətdə saf şəkildə rast gəlinən metal. Həmçinin bu mənalara gələ bilər: ‎Qızıl Əli (Bicar) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd.
Qızıl Alma
Qızıl Alma, Türklər özəlliklə Oğuz Türkləri üçün Qızılalma, üzərində düşünüldükcə uzaqlaşan ancaq uzaqlaşdığı dərəcədə cazibəsi artan ülkülər(uğruna çalışılan) və ya düşlərdir(gerçəkləşməsi istənən şey, ümid) Kəlimənin tam olaraq nə zaman, harda və necə keçtiyi bilinməməklə birlikdə tarixi axış içərisində həmişə qərb yönündə irəliləmənin bir simvolu olmuşdur. İstanbul'un fəthi'ndən sonra, Qızılalma'nın, Roma'da tapılan Saint-Pierre Kilisəsinin mehrabındakı altın top olduğu irəli sürülmüştür. == Türk mifologiyasında alma == Alma, türk və altay xalq inancında və mifologiyasında müqəddəs bir meyvədir. Alma, Olma, Ulma, Ulmo olaraq da deyilər. Monqolca Alıman (Alımah)dır. Meyvələrin anası və atası olaraq qəbul edilir. Ağacının çiçəkləri çəhrayı və ya ağ açar. Nüvəli müxtəlif rəngli meyvəsi olan bir ağacdır. Qadınla kişinin bir-birinə duyduğu sevginin simvoludur. Aqsaqqallının əlindən aldığı almanın qabığını yeyən sonsuz qadın əkiz doğurur.
Qızıl Hacılı
Qızıl Hacılı (Urmiya) — Qızılhacılı (Goranboy) — Azərbaycanın Goranboy rayonunda şəhər tipli qəsəbə. Qızılhacılı (Qazax) — Azərbaycanın Qazax rayonunda kənd. Qızılhacılı (Barmaqsız) — Gürcüstanın Barmaqsız bələdiyyəsində kənd. Qızılhacılı (Başqala) — Qərbi Azərbaycan ostanının, Urmiya şəhristanının, Mərkəz bəxşinin, Başqala dehestanında kənd. Qızılhacılı məhəlləsi — Azərbaycanın Gəncə şəhərində məhəllə Oxşar Aran Qızılhacılı — Gürcüstanın Marneuli rayonunda kənd. Dağ Qızılhacılı — Gürcüstanın Başkeçid bələdiyyəsində kənd.
Qızıl Komanda
Qızıl Komanda (mac. Aranycsapat; Qüdrətli macarlar, Möcüzəli macarlar, Möhtəşəm macarlar və ya Sehrli macarlar) — 1950-ci illərdə Macarıstan milli futbol komandasına verilən ad. Bu ad 1953-cü ildə İngiltərəyə qarşı "Əsrin Oyunu", Braziliyaya qarşı dörddəbir final ("Bern Döyüşü") və 1954 FİFA Dünya Kubokunun yarımfinal (Uruqvaya qarşı) və final oyunları da daxil olmaqla, bir sıra mötəbər oyunlarla əlaqələndirilir. Komanda 1956-cı il Macar inqilabından əvvəl o zamankı futbol dünyasının ən güclüləri olan İngiltərə, Uruqvay və Sovetlər Birliyini böyük məğlubiyyətlərə uğratmışdı. 1950–1956-cı illərdə komanda 42 qələbə, 7 heç-heçəyə imza atmış, sadəcə bir oyunda — 1954-cü il Dünya Kubokunun Qərbi Almaniyaya qarşı finalında məğlubiyyətə uğramışdır. Elo reytinq sisteminə əsasən, onlar milli yığma komandalar arasında ən yüksək reytinqə malik olmuşdular (2230 xal, 30 iyun 1954), ikinci yerdə onları Almaniya izləyirdi (2223 xal, 13 iyul 2014). 2016-cı ildə BBC komandanı dünya futbol tarixində ən yaxşı futbol komandası elan etmişdi. Komanda, əsasən, sonralar hollandlar tərəfindən 1970-ci illərdə istifadə edilən "total futbol" taktikasının ilkin formasını müvəffəqiyyətlə tətbiq etmişdi. Komanda, həmçinin oyun boyu qəbul edilən yeni məşqçilik və taktiki yenilikləri təqdim etməsilə də tanınır. Komandanın uğurları, 1945-ci ildə ölkəni işğal edən Sovet İttifaqı tərəfindən Macarıstana tətbiq edilən kommunist rejiminin zülmünün hökmranlıq etdiyi ən pis dövrlərdə ən mühüm milli qürur məsələsi və Macarıstanın milli uğurunun simvolu hesab edilirdi.
Qızıl Kürdüstan
Kürdüstan qəzası (rus. Курдистанский уезд) və ya Qızıl Kürdüstan (rus. Красный Курдистан, kürd. Кöрдьстана Сор) — 1923–1929-cu illərdə Azərbaycan Sovet Sosialist Respublikasının ərazisində mövcud olmuş qəza. Qəza Sergey Kirovun təklifi ilə 1923-cü il 21 iyun Azərbaycan SSR Xalq Komissarları Sovetinin iclasında yaradılmışdır. Kürdüstan qəzasının ilk mərkəzi Pircahan kəndi idi. Daha sonralar mərkəz Laçın şəhərinə köçürülmüşdür. Qəzanın ilk katibi Şuşada dünyaya gəlmiş, azərbaycanlı bolşevik Hüsü Hacıyev idi. 1926-cı ildəki siyahıya alınmada Kürdüstan qəzasında əhalinin etnik tərkibi 72,3% kürd, 26,7% türklər olsa da, əhalinin 92,5%-nin ana dili türk dili və yalnız 6,1%-nin ana dili kürd dili olmuşdur. SSRİ daxilində inzibati ərazi vahidlərinin dəyişdirilməsi sahəsindəki islahatlar zamanı ASSR-in 1929-cu il 8 aprel tarixli qərarı ilə Kürdüstan qəzası da ləğv edilmişdir.
Qızıl Kənd
Qızıl kənd (Salmas) — İranın Qərbi Azərbaycan ostanının Səlmas şəhristanı ərazisinə daxil olan kənd. Qızıl Kənd-i Sülfa (Bicar) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Qızıl Kənd-i Ülya (Bicar) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd.
Qızıl Kəngərli
Qızıl Kəngərli (Yeni Marağa) — Azərbaycan Respublikasının Ağdam rayonunun Boyəhmədli kənd inzibati ərazi dairəsinin kəndi. == Tarix == Ağdam rayonunun Qızıl Kəngərli kəndi rayon mərkəzi Ağdam şəhərindən 14 km. şimalda, Xaçın çayının sol sahilində, Qarabağ silsiləsinə daxil olan Qaraman dağının ətəyində və Qarabağ düzündə, Ağdam – Ağdərə yolunun üstündə yerləşir. Qızıl Kəngərli kəndi şimaldan Boyəhmədli, şərqdən Salahlı Kəngərli, cənubdan isə Xaçın çayının sağ sahilində yerləşən Maqsudlu və Şahbulaq kəndləri, eləcə də Şahbulaq Qalasıyla qonşudur. 1727-ci ilə aid "maliyyə dəftəri"ndə qeyd edilir ki, vaxtı ilə kəngərlilərin Qarabağda qışlaqları olmuş, Arasbar və Bayad torpaqlarında mal, mülk, üzüm bağlarına sahib imişlər. Qarabağda qışlayır, Naxçıvanda yaylayırlar. 1930-cu ilə qədərki dövrdə Qızıl Kəngərli kəndi Yelizavetpol quberniyasının Cavanşir qəzasının tərkibində olub. Birinci Qarabağ Müharibəsində Ermənistan Silahlı Qüvvələri tərəfindən 26 iyul 1993-cü ildə işğalı nəticəsində Qızıl Kəngərli kəndi 27 il işğal altında qalmışdır. Bu müddət ərzində kənd, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin keçmiş Ağdərə rayonunun Marağa (erm. Maraqaşen) kəndindən olan ermənilərlə məskunlaşdırılmışdı.
Qızıl Malina
Qızıl Moruq Mükafatı (ing. Golden Raspberry Awards) və yaxud Razzie mükafatı — təsisçisi Con Vilsondur. Bu bütün mükafatların ilin ən pis film, Rejisor ve aktyorlarına verilən bir mükafatdır. Silvestr Stallone, Kevin Kostner, Şeron Stoun, Halle Berri kimi məşhur aktyorlar bu mükafatı alıblar. == İndiki nominasiyaları == ==== Film nominasiyaları ==== "Ən pis film" kateqoriyasına görə Qızıl Moruq Mükafatı "Ən pis rejissor" kateqoriyasına görə Qızıl Moruq Mükafatı "Ən pis aktyor" kateqoriyasına görə Qızıl Moruq Mükafatı "Ən pis ikinci plan aktyoru" kateqoriyasına görə Qızıl Moruq Mükafatı "Ən pis ikinci plan aktrisası" kateqoriyasına görə Qızıl Moruq Mükafatı "Ən pis aktrisa" kateqoriyasına görə Qızıl Moruq Mükafatı "Ən pis köməkçi aktyor" kateqoriyasına görə Qızıl Moruq Mükafatı "Ən pis köməkçi aktrisa" kateqoriyasına görə Qızıl Moruq Mükafatı Ən pis cütlük" kateqoriyasına görə Qızıl Moruq Mükafatı Ən pis ssenariya" kateqoriyasına görə Qızıl Moruq Mükafatı == Xarici keçidlər == “Qızıl Moruq” mükafatı.
Qızıl Məbəd
Qızıl məbəd (Hindistan)
Qızıl Orda
Qızıl Orda (rus. Золотая Орда), Altın Orda (monq. Altan Ord), tatar. Altın Urda) ya da Cuçinin Ulusu (monq. Cuçiyn Uls), bəzi mənbələrdə Ulu Ulus — bir türk-monqol dövləti. Çingiz xanın nəvəsi Batı xan tərəfindən yaradılmış, Avropa və Asiya qitələrində yerləşən və təqribən 260 il ömür sürən Qızıl Orda öz zamanında dünyanın ən böyük və ən qüdrətli dövlətlərindən biri olmuşdur. == Tarixi == Çingiz Xanın nəvəsi Çuçinin oğlu Batı xan 1236-1255 ci illərdə Şimali Qafqaz, Xarəzm, Sibirin bir hissəsini, eləcədə Krım və Qıpçaq düzlərini zəbt edərək Qızıl Orda dövlətini yaratdı. Dövlətin paytaxtı Volqa çayının sahilində salınan Saray-Batı şəhəri idi. Şəhərin burada salınması o çayın və xüsusən onun cənub hissəsinin əhəmiyyətindən irəli gəlirdi. Bulqar dövlətindən və rus knyazlıqlarından Orta Asiyaya və Monqolustana gedən köhnə yol buradan keçirdi.
Qızıl Ordu
Fəhlə-kəndli Qızıl Ordusu, həmçinin qısaca Qızıl Ordu və ya Qırmızı Ordu — RSFSR və SSRİ-nin 1918–1946-cı illərdə (sonradan Sovet Ordusu adlandırılmışdır) silahlı qüvvələrinin rəsmi adı. Tərkibinə aşağıdakı qoşun növləri daxil idi: quru qoşunlar, fəhlə-kəndli qızıl hava qoşunları, SSRİ Hərbi Dəniz Donanması, SSRİ XDİK qoşunları, Sərhəd qoşunları, respublika daxili mühafizə qoşunları, SSRİ Dövlət konvoy mühafizəsi . FKQO yaranma günü 23 fevral 1918-ci il hesab edilirdi. Sovet Rusiyasının rəhbəri Vladimir Leninin əmri ilə 11-ci Qırmızı Ordu 1920-ci il, aprelin 27-də Bakıya daxil olub və Azərbaycan Xalq Cümhuriyyətini devirib. Sovet dönəmində aprelin 28-i Azərbaycanda "sovet hakimiyyətinin qurulduğu" gün kimi qeyd olunur və həmin günün şərəfinə bir sıra dövlət təsisatlarına "28 aprel" adı verilirdi. Bakının şimal girişində "11-ci Qırmızı Ordu" dairəsi kimi tanınan ərazidə Azərbaycanı işğal etmiş əsgərlərə abidə ucaldılıb. Sonradan həmin ərazidə 1990-cı il, 20 yanvarda Bakıya daxil olan sovet qoşunları onlarla adamı qətlə yetiriblər. Sovet tarixçiləri Azərbaycanın işğalını yerli kommunistlərin nailiyyəti kimi qələmə verirdilər, hərçənd ki, ordunun döyüşçü heyətinin böyük əksəriyyəti qeyri-azərbaycanlılardan ibarət idi. 11-ci Qırmızı Ordunu Azərbaycana gəlişində Nəriman Nərimanov müşayiət edirdi. Moskvada qərargahlanan bolşevik hökuməti N. Nərimanovu AXC-ni əvəzləyən qeyri-müstəqil Azərbaycan Sovet Sosialist Respublikasına rəhbər təyin etdirdi.
Qızıl Patron
Qızıl Patron (fr. Cartouche Doré) Fransa Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadronudur. 1989-cu ildə qurulmuşdur. Fransa Hərbi Hava Qüvvələrinə məxsus yeganə pərli təyyarələr idarə edən aerobatika komandasıdır. Yalnız bir aviaşou nəzərdə tutan komanda insanlarda xoş təəssürat yarandığını görüb, uçuşlara davam etdi. Əvvəlcə komanda qeyri-rəsmi idi və ildə 12 aviaşou həyata keçirirdi. 1994-cü ildə Neptun əməliyyatının ildönümündə komanda 2012-ci ilə qədər istifadə olunan ağ, mavi və sarı rəngli dizaynını təqdim etdi. 1995-ci ildə komanda rəsmiləşdi və Fransa Hərbi Hava Qüvvələrinin bir qolu oldu. 1996-cı il 20 sentyabr tarixində komanda 100-cü ictimai uçuşunu həyata keçirdi. 2012-ci ildə təyyarələr tünd göy, ağ və qızılı rənglərdən ibarət yeni dizayn aldı.